Muzey Mərkəzində məşhur rusiyalı rəssamın çini kuklalar sərgisi

 

Cənubi Qafqazda yeganə profilli sənət məkanı olan "Kukla" art qalereyası müəllif kuklası mövzusunda silsilə layihələr həyata keçirir.

 

Noyabrın 5-də Muzey Mərkəzinin akt zalında məşhur rusiyalı rəssam, "Aleksandra" şirkətinin təsisçisi Aleksandra Kukinovanın çini kuklalar sərgisinin açılış mərasimi keçiriləcək. Sərgi "Kukla" art qalereyası, Muzey Mərkəzi və "Aleksandra" şirkətinin birgə təşkilatçılığı ilə ərsəyə gəlib.

Aleksandra Kukinova kuklaçı-rəssam, müəllif kuklası ustası, Çexov adına Moskva Akademik Bədii Teatrının məktəb-studiyasının məzunu, Rusiya Rəssamlar İttifaqının üzvüdür. Bir çox mükafatların, eləcə də "Meqa ulduz" IV beynəlxalq kukla salonu (Rusiya), "Qrasiyaharmoniya" (Rusiya), "Doll of excellence" (ABŞ), "Most attractive exhibit" (ABŞ) və digər mükafatların laureatıdır. Əsərləri Rusiyada, ABŞ, İtaliya, Fransa, Almaniyabaşqa ölkələrdə şəxsi kolleksiyalarda saxlanılır, Boston Zərif Sənətlər Muzeyinin (ABŞ) daimi ekspozisiyasında sərgilənir.

"Aleksandra" şirkəti - yüzdən çox rəssam, heykəltəraş, dizayner, dərzi, krujeva toxuyans. ustaların fəaliyyət göstərdiyi müəssisədir. Şirkətin fəaliyyəti təkcə müəllif kuklası ilə məhdudlaşmır. Karl Feberjenin ənənələrini davam etdirməklə yanaşı, biskvit texnikasında yüksək keyfiyyətli çinidən kolleksiyalı miniatürlər yaradılır, əl bəzək işləmələri vurulur, ayrı-ayrı elementlər isə eksklüziv olaraq sifariş edilir.

Aleksandra Kukinovanın Bakıdakı sərgisində tamaşaçılara 13 çini kukla, eləcə də kolleksiyalı çini miniatürlər təqdim olunacaq. Sərgi 6-8 noyabr tarixində nümayiş üçün açıq olacaq.

 

Mədəniyyət.- 2014.- 5 noyabr.- S. 3.