“Belə böyük tədbirlər ölkənizdə
mədəniyyətə diqqətin nəticəsidir”
“Teatr konfranslarında iştirak etdikcə yeni-yeni təcrübələr öyrənir, fikir mübadiləsi aparırıq”
Noyabrın 5-də
Bakıda işə başlayan III Beynəlxalq
Teatr Konfransında müxtəlif ölkələrdən
tanınmış teatr mütəxəssisləri,
beynəlxalq teatr təşkilatlarının
təmsilçiləri iştirak edirlər.
Onlardan bir neçəsi
ilk təəssüratlarını bizimlə
paylaşdılar.
Teatr rəssamı İosif Yusupov (ABŞ):
- Bu konfransda iştirak etməklə müxtəlif ölkələrdən Bakıya gələn həmkarlarımla görüşmək və bir daha sizin gözəl Bakı şəhərini görmək istəyirəm. Artıq mən çoxları ilə tanış olmuşam və hətta bir-birimizlə fikirlərimizi paylaşıb, təcrübə mübadiləsi aparmışıq. Həmkarlarımı sonuncu dəfə iki il əvvəl Bakıda keçirilən II Beynəlxalq Teatr Konfransında görmüşəm. İstərdim ki, onlarla yenidən görüşüm və teatrın problemləri ilə bağlı diskussiya aparım.
Konfrans müddətində
burada ustad dərsləri aparacağam. Teatrla bağlı
hər kəsi bu görüşə dəvət edirəm.
Bu gün teatr
aləmində yeniliklər
tətbiq olunur. Bütün bunları göstərmək
və izah etmək istəyirəm.
Ən əsası isə ünsiyyətdir. Əlbəttə, dünyanın heç də bütün ölkələri belə
tədbirlər keçirmir.
Mən Azərbaycanı həddindən
artıq sevirəm.
Deyərdim ki, bu böyük teatr tədbirlərinin keçirilməsi
təkcə sizin mədəniyyətinizə deyil,
həm də digər ölkələrin
mədəniyyətinə böyük
təsir vasitəsidir.
Ona görə ki, bu teatr incəsənətinin
daha da irəliyə
inkişafı deməkdir.
Mən şadam ki, Azərbaycanda belə tədbir keçirilir və buna görə
sizə bir daha minnətdarlığımı
bildirirəm.
Litva Musiqi Akademiyasının professoru Deividas Staponkus:
- Artıq dördüncü
dəfədir Bakıdayam.
Bu günə qədər
Bakının ev sahibliyi etdiyi bütün beynəlxalq teatr tədbirlərində iştirak
etmişəm. Həmçinin Bakıda keçirilən
Dünya Mədəniyyətlərarası
Dialoq Forumuna qatılmışam. Bakı
üçüncü dəfədir
ki, beynəlxalq teatr forumuna ev sahibliyi
edir. Bilirəm ki, belə tədbirlərin keçirilməsi
böyük zəhmət,
təcrübə tələb
edir. Sizin ölkənin rəhbərliyi,
eyni zamanda Mədəniyyət və
Turizm Nazirliyi mədəniyyətə böyük
diqqət ayırır
və bu böyük beynəlxalq tədbirlər də bunun nəticəsidir.
Bilirsiniz,
dünya çox kiçikdir və bu da bizlərə
başqa ölkələrdə
olmaq, baş verən hadisələr, yeniliklərlə bağlı
məlumat almaq şansı verir. Bununla da biz başqa ölkələrin teatr sistemini, modellərini öyrənirik ki, bu da çox
vacibdir. Belə teatr
konfranslarında iştirak
etdikcə yeni-yeni təcrübələr öyrənir,
fikir mübadiləsi aparırıq.
Beynəlxalq Uşaq Teatrları
Festivalının direktoru
Ayşe Rau (Hindistan):
- Əvvəllər əsərlər
yazmışam, indi isə teatr sahəsi ilə məşğulam. Mən bu teatr konfransına əsasən
multikultralizm və incəsənətin dünyanı
dəyişə bilməsi
nöqteyi-nəzərindən yanaşıram. Qarşıya
belə sual çıxır: “Biz teatr
sahəsində necə
əməkdaşlıq edə
bilərik?” Teatrdan istifadə etməklə
uşaqlarda dəyərləri
inkişaf etdirmək olar. Düşünürəm ki, bu mümkündür. Çünki sən başqa, fərqli dillərdə danışarkən, teatr yalnız bir dildə danışır.
Bu, öyrənmək üçün gözəl
dildir və uşaqlar da bu dili gözəl
öyrənə bilərlər.
Teatr onlara özlərinə əminlik imkanı da yaradır. Bu konfransdan gözləntilərimə
gəlincə, belə
tədbirlər barədə
sonda danışmağı
xoşlayıram. Ümumilikdə isə belə konfranslarda yeni-yeni insanlarla, xüsusilə də həmkarlarımla görüşürəm ki,
bu da bizim
sıx əməkdaşlığımıza
şərait yaradır.
Çox
istərdim ki, gələcəkdə Azərbaycan
uşaq teatrları ilə də əməkdaşlıq edək.
Bakıda olduğum üç
gün müddətində
bir neçə teatra baxmaq imkanım
oldu. Dili başa düşməsəm
də, hərəkətlərdən
tamaşanın məzmununu
anladım. Ümumilikdə, teatra bir əyləcə
kimi yanaşıram.
İnsanlar orada həm
də dincəlir.
Eləcə də böyüklərin
də uşaq teatrına gəlib zövq almaları, dincəlmələri gözəl
olardı. Axı sənin
bütün həyatın
boyu ciddi olmağın mümkün
deyil. Ona görə də
bir mütəxəssis
kimi hər kəsi teatra dəvət edirəm.
Mehparə
Mədəniyyət.- 2014.- 5
noyabr.- S. 3.