Rusiyada Nizami Gəncəvi
poeziya gecəsi
Rusiya Federasiyası Çuvaş Respublikasının Çeboksarı şəhərindəki Dövlət Opera və Balet Teatrında müxtəlif xalqların “Birlik günü” çərçivəsində dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr olunmuş poeziya gecəsi keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, tədbiri respublikanın mədəniyyət naziri Vadim Yefimov açaraq “Birlik günü”nün millətlərarası sülhün qorunub saxlanmasındakı rolundan və tədbirin əhəmiyyətindən danışıb.
Ümumrusiya Azərbaycanlıları Konqresinin Çuvaş regional bölməsinin rəhbəri Əziz Bədirov deyib ki, hər millətin sərvəti onun mədəniyyətinin zənginliyi ilə müəyyən edilir. O, xalqlar arasında dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi üçün milli mədəniyyət və ənənələrin qorunub saxlanmasının və qarşılıqlı münasibətlər zəminində daha da zənginləşdirilməsinin vacibliyini vurğulayıb.
Tədbir konsert proqramı ilə yekunlaşıb.
Mədəniyyət.- 2014.- 7 noyabr.- S. 13.