Qərbi Avropa musiqisi axşamı

 

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyində “Qərbi Avropa musiqisi axşamı” adlı konsert keçirilib.

Musiqi Mədəniyyəti Dövlət Muzeyinin şöbə müdiri Xanım Abdinova konsertdən əvvəl çıxış edərək muzeydə keçirilən gənc istedadlarla görüşlər, musiqili gecələr, konsertlər barədə məlumat verib, budəfəki tədbirin Qərbi Avropa musiqisinə həsr olunduğunu bildirib.

Konsertdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllim və tələbələrinin ifasında Qərbi Avropa bəstəkarlarının əsərləri səsləndirilib.

 

Mədəniyyət.- 2014.- 7 noyabr.- S. 11.