“Bayrağımız qürur mənbəyimizdir”

 

Noyabrın 5-də Dövlət Bayrağı Muzeyində “Bayrağımız qürur mənbəyimizdir” mövzusunda rəsm sərgisi açılıb. Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin və Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən sərgi 9 noyabr - Dövlət Bayrağı Gününə həsr olunub.

Azərbaycanın Dövlət himni səsləndirildikdən sonra Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin rəisi Rəşad Məmmədov və başqaları çıxış edərək bu günün əhəmiyyətindən danışıblar. Bildirilib ki, sərginin keçirilməsində əsas məqsəd Azərbaycanın dövlətçilik ənənələrinə, milli atributlarına, dövlət bayrağına ictimaiyyətin diqqətini cəlb etmək, ölkəmizin atributlarını rəsm əsərləri ilə təbliğ etməkdir.

Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar. Sərgidə 30 gənc rəssamın əsərləri nümayiş etdirilib. Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin fəaliyyətinə həsr olunan film nümayiş etdirilib, gənc rəssamlara mükafatlar verilib.

 

Mədəniyyət.- 2014.- 7 noyabr.- S. 10.