Bayraq Gününə həsr edilmiş ədəbi-bədii gecə
Noyabrın 5-də Şirvan şəhər Mərkəzi Kitabxanasında Dövlət Bayrağı Günü münasibəti ilə “Bayraqları bayraq edən üstündəki qandır... ” adlı ədəbi-bədii kompozisiya keçirilib. Tədbirdə müəllimlər, tələbələr və mədəniyyət işçiləri iştirak ediblər.
Şirvan şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru İltifat Nəbiyev əlamətdar günün tarixi barədə danışıb, 1918-ci il noyabr ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə üçrəngli bayrağın dövlət rəmzi kimi qəbul olunduğunu diqqətə çatdırıb.
Oxuculara xidmət şöbəsinin müdiri Alma Cəfərova qeyd edib ki, 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə bu bayraq muxtar respublikanın dövlət bayrağı kimi qəbul edilib. 1991-ci il fevral ayının 5-də isə Azərbaycan Respublikası Ali Soveti üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qanun qəbul edib. Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli sərəncamı ilə noyabrın 9-u Dövlət Bayrağı Günü elan edilib.
Ədəbi-bədii gecədə 16 nömrəli
tam orta məktəbin
VIII sinif şagirdləri Fidan
Nəcəfzadə, Ramazan Nəcəfov, Gülnar Novruzlu, Musa Cahangirzadə, Fərid Xamədov
“Bayraqları bayraq edən üstündəki
qandır... ” adlı kompozisiya təqdim
ediblər.
Mədəniyyət.- 2014.- 7
noyabr.- S. 10.