Bakıda növbəti
görüşədək
III Beynəlxalq Teatr Konfransı işini başa vurdu
Maraqlı
görüşlər, fikir mübadilələri
ilə zəngin olan, yeni
yaradıcılıq ideyalarının, təşəbbüslərin
irəli sürüldüyü III
Bakı Beynəlxalq Teatr Konfransı
noyabrın 6-da işinə yekun vurdu.
Bağlanış mərasimində çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev iki gün ərzində aparılan müzakirələrin əhəmiyyətindən söz açdı. Azərbaycan teatrının inkişaf yolundan, zəngin ənənələrindən danışan nazir müavini milli peşəkar teatrımızın 1873-cü ildə yarandığını, 2006-cı ildən sonra teatr sənətinin yeni intibah dövrünü yaşadığını bildirdi: “Həmin ildə postsovet məkanında ilk dəfə Azərbaycanda “Teatr və teatr fəaliyyəti haqqında” qanun qəbul olunub. Sonrakı illərdə isə “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” ölkə Prezidentinin sərəncamının imzalanması, “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının qəbul olunması bu sahənin inkişafına əhəmiyyətli təsir göstərib. Bu səkkiz il müddətində Azərbaycan teatrı beynəlxalq teatr təşkilatlarında uğurla təmsil olunur, bu təşkilatların Bakıda illik toplantıları keçirilir”.
Onillik Dövlət Proqramının Azərbaycan
teatrının inkişafını hərtərəfli istiqamətləndirən
sənəd olduğunu deyən nazir müavini onun icrası və cari nəticələrini
də qonaqların diqqətinə çatdırdı. Azərbaycanda
26 dövlət, 1 bələdiyyə, 1 antepriz,
5 özəl teatrın olduğunu
deyən Ədalət Vəliyev özəl teatrlardan
savayı bütün teatrların dövlətin
tam dotasiyasında olduğunu
və bunun teatrın yaşaması üçün vacib amil olduğunu
vurğuladı. Qeyd olundu
ki, 8 il ərzində
ölkədə 9 teatrın binası əsaslı şəkildə
yenidən qurulub və
onların hər biri dünya
standartlarına tam cavab
verir. 4 teatr binası təmir olunub, binası olmayan 5 teatra yeni bina
verilib. Üç yeni teatr binasının
inşası ilə bağlı ölkə başçısı müvafiq
sərəncam imzalayıb.
Ölkə başçısı
teatr təmsilçilərinin
fəaliyyətini stimullaşdırmaq üçün onları fəxri adlar, təqaüd və mükafatlarla təltif edir.
Ötən 8 il ərzində teatrlarda
800-dən artıq yeni
tamaşa səhnəyə
qoyulub və onlardan təxminən
200-ü dövlət sifarişi
yolu ilə hazırlanıb. Bu tamaşaları hazırlamaq
üçün 28 ölkədən
rejissorlar, rəssamlar,
xoreoqraflar dəvət
olunub. Bu illər ərzində teatrlarımız 30-dək ölkədə
qastrol səfərində,
eləcə də 23 beynəlxalq festivalda uğurla iştirak ediblər. Bu zaman kəsiyində Azərbaycan
teatrı ilə bağlı 50-dək kitab,
eləcə də “Azərbaycan teatr antologiyası” çap olunub, “Azərbaycan teatr ensiklopediyası” üzərində iş isə davam edir.
Azərbaycan teatrlarının son illər bütün irimiqyaslı beynəlxalq qurumlarda təmsil olunduğunu bildirən nazir müavini bu prosesin davam
edəcəyini, tezliklə
ölkəmizin Teatr Rəssamları, Texniki İşçilər və
Memarların Beynəlxalq
Təşkilatına (OİSTAT) üzv olacağını
dedi. Milli teatrın inkişafına
xidmət edən bir neçə festivalın əsasının
qoyulduğu, milli dramaturgiya nümunələrinin
xarici dillərə tərcümə olunaraq müxtəlif ölkələrin
teatrlarında səhnələşdirildiyi
də tədbir iştirakçılarının diqqətinə çatdırıldı.
Mədəniyyətimizin inkişafı və
dünyada təbliği
istiqamətində görülən
işlərdən söz
açan Ədalət
Vəliyev Azərbaycanın
birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən
irimiqyaslı layihələrin
bu sahəyə əvəzsiz töhfələr
verdiyini vurğuladı.
Nazir müavini
Azərbaycanda multikultural
mühitin möhkəm
təməllərə əsaslandığını
və ölkəmizdə
başqa xalqların dilinə, mədəniyyətinə
eyni qayğı ilə yanaşıldığını,
rus, ləzgi və gürcü teatrlarının da fəaliyyət göstərdiyini
bildirdi. Qeyd olundu ki, teatrın yaşaması və inkişafı üçün bu sənətə böyük
sevgi vacibdir.
Bugünkü qloballaşan dünya və son dərəcə
çevik elmi-texniki tərəqqi sənət
adamlarını bir qədər teatrdan kənar salıb. Bu gün
teatrın sevgiyə ehtiyacı var: “Bu zalda oturan, eləcə
də mədəniyyətə
xidmət edən minlərlə insan yer üzündə sülhün, bərabərliyin,
əmin-amanlığın elçiləridir. Gəlin, birlikdə
dilimizdən, dinimizdən
asılı olmayaraq, bu missiyanı böyük sevgi ilə yerinə yetirək”.
Çıxışının sonunda hər kəsi yenidən Bakıya, növbəti konfransa dəvət edən nazir müavini tədbir iştirakçılarını
iki il
sonra eyni tarixlərdə şəhərimizdə
salamlamaqdan şərəf
duyacağını dedi.
Bununla da III Bakı Beynəlxalq Teatr Konfransı öz işini başa çatdırdı
və sonda xatirə şəkli çəkdirildi.
H.Nizamiqızı
Mədəniyyət.- 2014.- 7
noyabr.- S. 9.