Dünya teatrının müasir
estetik problemlərinin
müzakirəsi
Noyabrın 5-də III Bakı
Beynəlxalq Teatr Konfransı öz işini plenar iclaslarla davam etdirdi. İlk
iclas Azərbaycan Mədəniyyət və
İncəsənət Universitetinin
prorektoru, professor Məryəm
Əlizadə və
ABŞ-dan olan tanınmış teatr rəssamı İosif Yusupovun moderatorluğu ilə gerçəkləşdi.
İclasda ilk olaraq Dağıstan Respublikası (Rusiya Federasiyası) mədəniyyət
nazirinin müavini Murad Hacıyev çıxış edərək
çoxillik mədəni
əlaqələrə malik
olan, oxşar mədəni dəyərləri
bölüşən xalqlarımızın
dostluğundan söz açdı. Bu xüsusda teatr əlaqələrinin
əhəmiyyətini qeyd
edən qonaq Dərbənd Azərbaycan
Dram Teatrının fəaliyyətinə,
yaradıcılıq potensialını
nümayiş etdirməsinə
geniş imkanlar yaradıldığını, Dağıstan
teatrlarında Azərbaycan
yazıçılarının əsərlərinin də
səhnəyə qoyulduğunu
diqqətə çatdırdı.
Polşanın məşhur teatr və kino rejissoru,
ssenarist Kşiştof
Zanussi müasir dünya teatrı, onun qarşısında duran əsas problemlərdən söz açdı. İncəsənətin
bir qolu olan teatrın bəşəriyyətin inkişafında
mühüm rol oynadığını, onun
kollektiv yaddaşı
formalaşdıran əsas
məqam olduğunu dedi. Senzuranın olduğu ən
kəskin məqamlarda
da teatrın öz inkişafını
dayandırmadığını diqqətə çatdıran
məruzəçi bütün
bu çətinlikləri
keçən teatrın
bu gün öz missiyasını,
tam enerjisini yetərincə
nümayiş etdirə
bilmədiyini bildirdi.
K.Zanussinin sözlərinə görə, teatrların, bu sahə üzrə
festival və forumların
əsasən dövlətin
dəstəyi ilə fəaliyyət göstərməsi
müəyyən mənada
teatrın asılılıqda
olmasına zəmin yaradır. Teatr öz kimliyini
isbatlayarsa, aktyor öz emosiyalarını ifadə edərək sənətin gücünü
göstərərsə, onu
heç bir internet, elektron vasitə əvəz edə bilməz.
Hindistanın Kəlküttə Universitetinin
professoru Tapati Qupta ölkəsində Qərb müəlliflərinin
adaptasiya məsələlərinə
nəzər saldı,
Benqal teatr nümunəsində görüşlərini
bölüşdü. Hələ qədim
zamanlardan ölkəsinin
multikultural təsirlərə
açıq olduğunu
dilə gətirərək
müasir teatrın müşahidə etdiyi müasir tendensiyalara nəzər saldı.
Teatr tənqidçisi,
sənətşünaslıq namizədi Aydın Talıbzadə “Teatr kolleyder kimi” mövzulu çıxışında
bu yaradıcılıq
sahəsinə tam fərqli
bucaqdan yanaşma nümayiş etdirdi. Teatrın
ümumi vəch və səadət yaşantıları vədini
əsas götürən
natiq onun hər tamaşasında bu ovqatı, bu halı əldə
etməyə çalışdığını
dedi. Seyrçilər
hər hansı bir tamaşa məqamına qədər
bir-birinə tamam özgə idilər, yad idilər: onlar teatra gəldilər,
tamaşa salonuna daxil oldular və
bu konkret tamaşaya baxıb da anladılar ki, onlar bir-birini
tanıyırlar, bir-birinə
doğmadırlar və
onların iç yaşantıları, həyəcanları,
duyğuları tamam eynidir. Məruzəçi bunun multikulturalizmdən
də güclü və üstün bir məqam, bir yaşantı olmasına diqqət çəkdi.
ABŞ-dan gəlmiş mütəxəssis, Təlim
və Təhsil Komitəsinin vitse-prezidenti
Piter Qoldfarb “Qızğın yaradıcılıq”
adlı məruzəsində
özünün keçdiyi
sənət yolundan danışdı, teatr sənətində uğurlu
nəticə üçün
bu sahəyə sevginin və düzgün peşə seçiminin əsas olduğunu vurğuladı.
Beynəlxalq Teatr Tədqiqatları Federasiyası idarə heyətinin üzvü, irlandiyalı mütəxəssis
Brayan Sinqlton ölkəsinin keçdiyi
mədəniyyət yolu
və bu tərəqqidə teatrın
yerindən söhbət
açdı. Dəyişən dünyada teatrın
bu məqamdan, ümumilikdə inteqrasiyadan
uzaq düşməmək
üçün qarşılıqlı
əlaqələrə daim
üstünlük verməsindən
danışdı.
Ukraynanın Milli Teatr Sənəti Mərkəzinin
rəhbəri, akademik
Nelli Korniyenko isə “Teatr postqeyri-klassik və multikulturalizm şəraitində”
mövzulu çıxışında
teatrın multimədəni
məkanda mövcudluğunun
müasir teatrın postqeyri-klassik məkanda varolma problemlərindən
biri olduğunu dedi, qlobal anlamda
teatrın üzləşdiyi
problemlərə nəzər
saldı.
Həmidə
Nizamiqızı
Mədəniyyət.- 2014.- 7
noyabr.- S. 4.