Londonda Azərbaycan incəsənəti
festivalı
“Buta”
İncəsənət Mərkəzinin təşkilatçılığı
ilə Böyük Britaniyanın
paytaxtı Londonda II Beynəlxalq “Buta” Azərbaycan İncəsənəti
Festivalına start verilib.
Noyabrın 4-də məşhur
“Royal Albert Hall” konsert salonunda
festivalın ilk konserti
keçirilib.
Konsertdə Azərbaycan bəstəkarları
Üzeyir Hacıbəyli,
Fikrət Əmirov, Soltan Hacıbəyov, Azər Rzayev və Fərhad Bədəlbəylinin repertuarlarından
əsərlər səsləndirilib. Cazmen Şahin
Növrəslinin çıxışı
maraqla qarşılanıb.
Dünya
şöhrətli tenor Andrea Bocelli də konsertdə çıxış
edib.
Əsərləri Azərbaycanın Xalq artisti, pianoçu Murad Hüseynov və əcnəbi sənətçilər müşayiət
ediblər. Açılış konserti geniş
tamaşaçı auditoriyasını
özünə cəlb
edib.
Növbəti konsert noyabrın 18-də
“South Cathedral”da təqdim
olunacaq. Proqramda Azərbaycan muğamları
yer alacaq. Noyabrın
27-də tarzən Arslan
Növrəslinin “Central Hall Westminster”də çıxışı
olacaq. Dekabrın 9-da “Barbican”da maestro Niyazinin xatirəsinə həsr olunmuş konsert təşkil ediləcək.
“Buta” Azərbaycan İncəsənəti Festivalı
bu il
“Azerbai-WOW” devizi altında keçirilir. Beş ay davam edəcək festival Azərbaycan mədəniyyətini,
incəsənətini və
mətbəxini təbliğ
edəcək. “Buta”
İncəsənət Mərkəzinin
baş direktoru Nəsib Piriyev deyib ki, festivalın
təşkilində məqsəd
beynəlxalq ictimaiyyəti
Azərbaycan incəsənəti
və mədəniyyəti
ilə yaxından tanış etməkdir. Festival çərçivəsində həmçinin Azərbaycanın
müasir rəssamlarının
əsərlərindən ibarət
ictimai incəsənət
seriyasının da nümayişi planlaşdırılır.
Londonda Azərbaycan
incəsənəti festivalı
2015-ci ilin martında yekunlaşacaq. “Buta”
İncəsənət Mərkəzi
Londonda ilk dəfə
olaraq Novruz bayramı ilə bağlı kütləvi
mərasim keçirəcək.
Mədəniyyət.- 2014.- 7 noyabr.- S. 2.