Xarici diplomatlar Qəbələ
və İsmayıllıda
Xəbər verdiyimiz kimi, Xarici İşlər, Mədəniyyət və
Turizm nazirliklərinin dəstəyi ilə
Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri
üçün bölgələrə
tanışlıq turu təşkil edilib.
Xarici diplomatlar şimal-qərb marşrutu üzrə səfər çərçivəsində Qəbələ və İsmayıllı rayonlarının turizm imkanları, sosial-iqtisadi inkişafı, mədəni həyatı ilə tanış olublar.
Qonaqlar əvvəlcə Qəbələ rayonundakı “Tufan” dağ-xizək istirahət kompleksində olublar. Onlara kompleks haqqında məlumat verilib. Bildirilib ki, istirahət məkanı ilin bütün fəsillərində turistlərə kanat gəzintisinə, qış mövsümündə xizəklə sürüşməyə, xizəkçilik məktəbindən, digər xidmətlərdən istifadə etməyə imkan verir.
Sonra diplomatlar
rayonun Nic kəndində
qədim Alban kilsəsinin bərpadan
sonrakı vəziyyəti ilə tanış olublar.
Nümayəndə heyəti Çuxur
Qəbələ kəndi ərazisində aparılan arxeoloji qazıntı işləri və orada aşkar edilən
maddi-mədəniyyət nümunələrinin nümayiş olunması üçün
yaradılan yeni muzeyə də
baxıblar. İsmayıllı rayonuna gələn
diplomatlar Zərifə Əliyeva adına parkda, Mədəniyyət Sarayında olublar. Burada yerli musiqiçilərin ifasında konsert proqramı təqdim olunub.
Qonaqlar rayonun İvanovka kəndinə baş
çəkiblər, yerli folklor
qrupunun ifasını dinləyiblər.
Nümayəndə heyəti Hacıhətəmli kəndində
yerləşən şərab zavodunda da olublar.
Mədəniyyət.- 2014.- 7
noyabr.- S. 2.