Ölkəmiz biznes turizmi üzrə konqresdə təmsil olunub

 

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu Beynəlxalq KonqresKonvensiya Assosiasiyasının (İCCA) illik toplantısında iştirak edib. İCCA-nın 53-cü illik konqresi 1-5 noyabr tarixində Türkiyənin Antalya şəhərində keçirilib. Azərbaycan Konqreslər Bürosu təşkilata 2014-cü ilin yanvarında üzv olub və konqresə ilk dəfə qatılıb.

Konqres çərçivəsində biznes turizminin müxtəlif sahələri üzrə, o cümlədən görüşlərin idarəsi, məkan marketinqi, məkanların seçilməsi, nəqliyyat sektorus. üzrə xüsusi sessiyalar təşkil edilib. Bu sırada biznes mübadiləsinə dair sessiyanı xüsusilə qeyd etmək gərəkdir. İştirakçılar potensial biznes imkanları ilə yanaşı, təşkil etmək istədikləri tədbirlər haqqında yeni informasiya əldə etmək imkanı qazanıblar.

İCCA dünyanın turizm və görüşlər sahəsində fəaliyyət göstərən ən nüfuzlu təşkilatlarından biridironun üzvləri sırasına dünyanın 90 ölkəsində fəaliyyət göstərən 1000-dən çox beynəlxalq MİCE (biznes turizmi) bazarı təmsilçiləri daxildir.

 

Mədəniyyət.- 2014.- 7 noyabr.- S. 2.