Əcnəbi teatr mütəxəssislərinin ADMİU-da ustad dərsləri

 

III Bakı Beynəlxalq Teatr Konfransının iştirakçısı olan əcnəbi teatr mütəxəssislərinin bir neçəsi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Ustad dərs”ləri layihəsi çərçivəsində məşğələlər keçiblər.

 

Məşğələlərdən birini Barselona Teatr İnstitutunun professoru Boris Daussa-Paster keçib. İfaçı, rejissor teatrşünas alim Hindistanda Kerala Kalamandalam Universitetində elmi tədqiqatlar aparır. Ustad dərsinin mövzusu da Cənubi Hindistanın ştatı olan Keralada XVII əsrdə yaranan ənənəvi dramatik-rəqs sənəti - “Katxakaliilə bağlı idi.

Digər ustad dərsini Beynəlxalq Teatr İnstitutunun Təhsil Komitəsinin (ABŞ) vitse-prezidenti Kolorado Universitetinin professoru Piter Qoldfarb aparıb. Qarşılıqlı müzakirələr şəklində keçən məşğələ əsasən müasir aktyorun yetişməsi, yaratdığı obraz, ona münasibəti, hazırlığı üzərində qurulub.

Növbəti məşğələni isə Böyük Britaniyadan teatr rejissoru, yazıçı bəstəkar Patrik Kannin aparıb. Əvvəlcə o, musiqi sənəti fakültəsi tələbələrinin ifalarını dinləyib, xalq musiqimizlə tanış olub, sonra rejissor, aktyor sənəti sənətşünaslıq fakültəsinin tələbələri üçün məşğələ keçib. Məşğələnin sonunda tələbələr sərbəst olaraqCırtdannağılı əsasında hazırladıqları səhnəciyi auditoriya qarşısında nümayiş etdiriblər.

 

Mədəniyyət.- 2014.- 12 noyabr.- S. 7.