Mədəniyyət
müəssisələri rəhbərlərinin
iştirakı ilə işçi
müşavirə
Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmrinə əsasən Xızı Rayon Mədəniyyət və Turizm Şöbəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin vəziyyətinin öyrənilməsi, mədəniyyət və turizm sahələrinin inkişafına dair dövlət proqramlarının icrası istiqamətində görülən işlərin təhlil edilməsi məqsədilə nazirliyin Hüquq sektorunun müdiri Namiq Qulamov, Regionlarla iş sektorunun müdiri Pərviz İsgəndərli və sektorun məsləhətçisi Elçin Hüseynov Xızı rayonuna ezam ediliblər. Nazirliyin əməkdaşları rayonun mədəniyyət müəssisələrində mövcud vəziyyətlə tanış olublar. Sonra müşavirə keçirilib.
Müşavirədə müəssisələrin fəaliyyətində olan nöqsanların aradan qaldırılması yolları müzakirə edilib, mədəniyyət ocaqlarının fəaliyyətinin daha səmərəli qurulması barədə fikir mübadiləsi aparılıb.
Hüquq sektorunun müdiri
N.Qulamov "Mədəniyyət
haqqında" 21 dekabr 2012-ci il tarixli qanunun,
ölkə Prezidentinin 14 fevral
2014-cü il tarixli sərəncamı
ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasının Mədəniyyət Konsepsiyası"nın,
mədəniyyət və turizm sahələrində
qəbul edilmiş normativ
aktların icrası istiqamətində qarşıda duran vəzifələr barədə
müşavirə iştirakçılarına məlumat verib, sualları cavablandırıb.
Mədəniyyət.- 2014.- 12
noyabr.- S. 4.