Britaniya qəzeti Azərbaycanın qədim
çövkən oyunu haqqında
yazıb
Böyük Britaniyanın nüfuzlu "The Telegraph" qəzeti Azərbaycanın qədim çövkən oyununun UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salınmasından bəhs edib. Məqalədə 2003-cü ildən UNESCO tərəfindən dünya qeyri-maddi mədəni irs nümunələri siyahısının tərtib edildiyi diqqətə çatdırılır. Dünyanın ən maraqlı adət-ənənələrinin yer aldığı siyahıda Azərbaycanın qədim çövkən oyununun özünəməxsus yeri olduğu bildirilir.
Xatırladaq ki, Azərbaycanın Qarabağ atüstü oyun nümunəsi olan çövkən 2013-cü ilin dekabrında UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin Bakıda keçirilən 8-ci sessiyasında qurumun təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına daxil edilib.
Məqalədə həmçinin UNESCO
siyahısında yer alan
müxtəlif ölkələrin qeyri-maddi
mədəni irs nümunələri diqqətə
çatdırılır. Ekvador, İtaliya, Belçika, Peru, İspaniya və
Türkiyə irs nümunələrindən
bəhs olunan yazıda Azərbaycan ilk sırada qeyd edilib. Yazıda çövkən oyunu haqqında Azərbaycanın Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən
hazırlanan videoçarx () da yerləşdirilib.
Mədəniyyət.- 2014.- 14
noyabr.- S. 9.