“Ədəbi fikrimizin korifeyi

 

Noyabrın 12-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində görkəmli ədəbiyyatşünas alim, akademik Məmməd Arif Dadaşzadənin 110 illiyinə həsr olunmuş “Ədəbi fikrimizin korifeyi” adlı yubiley tədbiri keçirildi.

 

Tədbiri universitetin rektoru, professor Fərəh Əliyeva açaraq Məmməd Arifin XX əsr Azərbaycan ədəbi tənqidi və nəzəri-estetik fikri tarixində yerindən bəhs etdi, yubileyin keçirilməsi ilə bağlı ölkə Prezidentinin imzaladığı sərəncamın böyük alimə dövlət tərəfindən verilən yüksək qiymətin nümunəsi olduğunu bildirdi. Qeyd olundu ki, Məmməd Arif Azərbaycan elminə böyük töhfələr vermiş alim olmaqla yanaşı, həm də ətrafdakılara nümunə olan bir şəxsiyyət idi. Öz əməlində göstərirdi ki, ziyalı kimdir, necə olmalıdır, vətənpərvər, mənəviyyatlı insan kimdir və necə olmalıdır. Çox təmkinli, sakit bir insan olsa da, bu təmkinin arxasında dəmir bir iradə var idi. Bu mənada müasir gənclik üçün Məmməd Arif yalnız keçmişi yaşadan elm xadimi olmamalıdır. Gənc nəsil onun yaradıcılığını öyrənməli və şəxsiyyət kimi nümunə götürməlidir.

Filologiya üzrə elmlər doktoru, professor Nizaməddin Şəmsizadə “Tənqidçinin şəxsiyyəti və ədəbi prosesmövzusunda çıxış etdi. Bildirdi ki, Məmməd Arif bizim tariximizdirsovet dövrünün milli Azərbaycan tənqidçisidir. Bu fikir həmişə hamımızın yadında qalmalıdır. Məmməd Arif Azərbaycan ədəbiyyatının bütöv bir epoxasıdır. Bu gün ədəbiyyat tənqidçiləri mətni tam oxumadan yazırlar. Amma Məmməd Arifin ən müsbət xüsusiyyəti mətni tam oxuyaraq əsaslı şəkildə yanaşması idi. O, oxuyaraq səbirlə, təmkinlə təhlil edirdi. Onun tənqidində sosialestetik aləmin vəhdəti durur.

Universitetin elm və yaradıcılıq işləri üzrə prorektoru, professor Məryəm Əlizadə “Məmməd Arif və ədəbi tənqid” mövzusunda danışaraq onu yaşadığı dövrün mədəniyyətinin, incəsənətinin inkişafına böyük töhfələr verən ictimai xadim, Azərbaycan ədəbiyyatşünaslığında məktəb yaradan qüdrətli müəllim kimi xarakterizə etdi.

Gecədə universitetin müəllimləri - Xalq artisti, professor Azər Zeynalovun ifasında “Sevil” operasından Balaşın ariyası, dosent Kəmalə Mehdiyevanın ifasında M.ArifinTar çalınır” hekayəsi səsləndi. Dosent Gülağa ZeynalovununiversitetinAktyor sənəti” fakültəsinin tələbələri ədəbi-bədii kompozisiya təqdim etdilər.

Sonda Məmməd Arifin nəvələri Aqşin Dadaşzadə və Əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadə akademik haqqında xatirələrini bölüşdülər və Azərbaycan elminə göstərilən qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər. Universitetin foyesində alimin kitablarından ibarət sərgi təşkil edilmişdi.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2014.- 14 noyabr.- S. 4.