Özbəkistan
mediasında Azərbaycan mövzusu
Ölkəmizin Özbəkistandakı səfirliyi və səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin növbəti layihəsi olan "Özbəkistan kütləvi informasiya vasitələrində Azərbaycan mövzusu" kitabı çapdan çıxıb.
Özbək və rus dillərində olan kitabda səfirlik və Mədəniyyət Mərkəzi
tərəfindən keçirilən "Özbək mətbuatında
Azərbaycan haqqında ilin ən
yaxşı məqaləsi" müsabiqəsinə təqdim
edilən maraqlı məqalələr yer
alıb. Ön sözün
müəllifi Azərbaycanın Özbəkistandakı
səfiri Hüseyn Quliyev
və Heydər Əliyev adına Azərbaycan Mədəniyyət
Mərkəzinin direktoru Samir
Abbasovdur.
Mədəniyyət.- 2014.- 14
noyabr.- S. 3.