Doxsan imza

 

“Şərq-Qərb” nəşriyyat evində yazıçı-jurnalist Təranə VahidinDoxsan imza” (mədəniyyət yazıları silsiləsi) adlı kitabı çapdan çıxıb. Kitabda müəllifin son illərdə “Mədəniyyət” qəzetində dərc olunmuş yazılarından bir qismi toplanıb. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə işıq üzü görən kitabMusiqinin işığı”, “Teatrkino”, “İncəsənətin rəngləri”, “Əbədi uçuş” və “Ruhumuzun memarları” bölmələrindən ibarətdir.

Mədəniyyətimizin müxtəlif sahələrini əks etdirən maraqlı müsahibələr, reportajlar, araşdırma yazıları yüksək zövq və peşəkarlıqla qələmə alınıb. Azərbaycanın tarixi mədəniyyət mərkəzləri, qədim abidələri, korifey sənətkarları, bənzərsiz sənət adamları, incəsənət, teatr və ədəbiyyat sahəsində xidmətləri olan məşhur simalar haqqında çoxlarına məlum olmayan və hər kəsin bilmək istədiyi maraqlı məlumatlar müasir jurnalistikamızın ən gözəl örnəkləri kimi oxucuya təqdim olunur.

Hüseyn CavidinTurana qılıncdan daha kəskin ulu qüvvət, Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!” sözləri ilə başlanan kitabın redaktoru Qulu Ağsəs, ön sözün müəllifi tanınmış jurnalist Telli Pənahqızıdır.

Mədəniyyətimizin, incəsənətimizin, ədəbiyyatımızın bir parçasını əks etdirən 424 səhifəlik kitab gələcəkdə tədqiqatçılar üçün qiymətli mənbələrdən biri olacaq.

 

Mədəniyyət.- 2014.- 19 noyabr.- S. 13.