Türkiyənin kino ulduzları Bakıda

 

Noyabrın 17-də Nizami Kino Mərkəzində Türkiyənin “Taff Pictures” studiyasında lentə alınan “Unudarsam pıçılda” (“Unutursam fısılda”) filminin qala gecəsi keçirilib. Bu münasibətlə filmin rejissoru Çağan İrmak, aktyorlar Fərəh Zeynəb Abdullah, Kərəm Bursin, İşıl Yücesoy, Gözde Cığacı Bakıya gəliblər.

Filmin nümayişindən əvvəl səhnəyə çıxan yaradıcı heyət Bakı ilə bağlı xoş təəssüratlarını diqqətə çatdırıblar.

Sonra film təqdim edilib. Dram janrında ekran əsəri xəyallarının ardınca qəsəbədən İstanbula qaçan Aypəri və gənc musiqiçi Tarıkın həyat yolundan bəhs edir.

Aypərinin cavanlıq illərini istedadlı aktrisa Fərəh Zeynəb Abdullah, Tarık rolunu Mehmet Günsür, Ərhanı isə Kərəm Bursin oynayıb.

Film göstərildikdən sonra mətbuat konfransı keçirən yaradıcı heyət jurnalistlərin suallarını cavablandırıblar.

 

Mədəniyyət.- 2014.- 19 noyabr.- S. 5.