İSESCO-nun iclasında 2015-ci ildə
keçiriləcək Bakı Forumu
müzakirə edilib
Xəbər verdiyimiz kimi, Birləşmiş
Ərəb Əmirliyinin Sarja şəhərində
İSESCO-nun İslam
Dünyası üçün Mədəniyyət
Strategiyasının İmplementasiyası üzrə Məşvərət
Şurasının 13-cü toplantısı keçirilib.
Toplantıda müsəlman dünyasında mədəni vasitəçilik rolunun təşviqi üçün Fəaliyyət Planı müzakirə edilib, Nizva şəhərinin 2015-ci ildə “İslam mədəniyyətinin paytaxtı” seçilməsi münasibətilə Oman Sultanlığında keçiriləcək mədəniyyət nazirlərinin konfransının gündəliyinin layihəsi nəzərdən keçirilib.
İclasda 2015-ci ilin may ayında Bakıda keçiriləcək III Dünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıq və İSESCO-nun tərəfdaşlığı məsələləri müzakirə olunub. Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin müdiri Vasif Eyvazzadə toplantıda çıxış edərək Bakı Forumunun prioritetlərini və mədəniyyətlərarası dialoqla bağlı Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən “Bakı prosesi”ni təqdim edib. İclasda qərara alınıb ki, Forum çərçivəsində İSESCO ilə birlikdə mədəni hüquqların dialoqun təminatında rolu, İslam mədəniyyəti paytaxtlarının birgə təqdimat sessiyaları, həmçinin İslam ölkələri mədəniyyət nazirlərinin konfransına hazırlıqla bağlı Məşvərət Şurasının növbəti iclası keçirilsin.
Vasif Eyvazzadə səfər çərçivəsində
İSESCO, Səudiyyə Ərəbistanı, Oman,
Tunis, İndoneziya,
Birləşmiş Ərəb Əmirliyinin nümayəndələri
ilə ikitərəfli görüşlər keçirib
və qarşılıqlı əməkdaşlıq məsələlərinə
dair müzakirələr aparıb.
Mədəniyyət.- 2014.- 19
noyabr.- S. 5.