“Gələrsən, görərsən” layihəsinin növbəti buraxılışı

 

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi və dəstəyi ilə çəkilişləri aparılan və “İctimai" televiziyada yayımlanan "Gələrsən, görərsən" adlı televiziya layihəsi çərçivəsində Azərbaycanın müxtəlif bölgələrinin turizm imkanları işıqlandırılır. Layihə Azərbaycanın gözəl bölgələrinin ölkə əhalisinə, xaricdə yaşayan həmvətənlərimizə və əcnəbi vətəndaşlara tanıdılması yolunda uğurlu bir addımdır. Teleaparıcı Könül Arifqızı və müğənni Azad Şabanovun təqdim etdiyi layihənin səkkizinci buraxılışı Gəncəyə həsr olunub. 17 noyabrda efirə gedən verilişi internetdən izləmək olar:

 

Mədəniyyət.- 2014.- 19 noyabr.- S. 4.