Şahdağturizm kompleksində təlim-tədris kursları

 

Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlıq çərçivəsində respublikanın turizm potensiallı şəhər və rayonlarında fəaliyyət göstərən mehmanxanamehmanxana tipli obyektlərdə çalışanlar üçün mütəmadi təlim-tədris kursları təşkil edir.

Qış mövsümünün yaxınlaşması nəzərə alınaraq noyabrın 17-də Qusar rayonundakı "Şahdağ" qış-yay turizm kompleksində xidmət sahəsi üzrə təlim-tədris kursları başlanıb. Noyabrın 24-dək davam edəcək layihənin məqsədi "Şahdağ" turizm kompleksində xidmət səviyyəsinin günün tələbi səviyyəsində qurulmasıdır.

Kurslarda beş sahə - mehmanxana idarəçiliyi, qeyd-qəbul, xadiməçilik, masa xidməti və yeməklərin hazırlanması - mətbəxdə qida gigiyenası ixtisasları üzrə dərsləri Türkiyədən dəvət olunmuş müəllimlər tədris edir.

 

Mədəniyyət.- 2014.- 19 noyabr.- S. 2.