Firəngiz
Əlizadənin əsərləri dünyanın konsert salonlarında
Noyabrın 7-dən 9-dək Avstriyanın Zalsburq şəhərində keçirilən “Qərb-Şərq mozaikası” («West-Östliche Mozaik») musiqi festivalında bu ölkənin «ÖENM» ansamblının iştirakı ilə görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti, professor Firəngiz Əlizadənin müəllif-konsertləri təşkil olunub. Konsertlərdə bəstəkarın vokal və kamera-instrumental əsərləri ifa edilib.
Noyabrın 15-də Almaniyanın Auqsburq şəhərindəki «Qızıl salon»da Firəngiz
Əlizadənin klarnet və violonçel üçün
«Duo of accordanse»
(“İkili vəhdət”) adlı yeni əsərinin premyerası olub.
Əsər məşhur
alman violonçel ifaçısı, professor Yulius
Bergerin 60 illiyinə həsr edilib.
Dekabrın 2-də isə Nyu-Yorkdakı məşhur «Lincoln Center»də
Firəngiz xanımın
«Oazis» simli-kvarteti ifa olunaq. 1999-cu ildə bəstələnən
əsər dünyanın
müxtəlif ölkələrinin
məşhur salonlarında
uğurla təqdim edilib.
Mədəniyyət.- 2014.- 19 noyabr.- S. 2.