Rostropoviçlərin
ev-muzeyində yaddaqalan görüş
Azərbaycan Bəstəkarlar
İttifaqının 80 illik yubileyinə həsr
olunmuş musiqili
festivalının çərçivəsində L. və
M.Rostropoviçlərin ev-muzeyində yaddaqalan
bir görüş keçirildi.
İttifaqın sədri, professor
Firəngiz Əlizadə, violonçelist Elizabet Uilson, bəstəkar
Dmitri Yanov-Yanovski, professor Moisey Boroda və Bakı Musiqi
Akademiyasının professoru Cəmilə
Həsənova muzeyin qonağı oldular. Londonda anadan olan Elizabet
Uilson violonçelist,
musiqi tənqidçisi
və yazıçıdır. Moskva konservatoriyasında
Mstislav Rostropoviçin
sinfində təhsil alıb. D.Şostakoviç, müəllimi M.Rostropoviç
haqqında kitabların
müəllifidir.
Muzeyin direktoru Şeyla Heydərova qonaqları muzeylə tanış
etdi. Onlar ekskursiyanı maraqla
dinlədilər, maestro ilə
bağlı xatirələrini
bölüşdülər, istedadı, insani keyfiyyətləri və mahir zarafatçıllığından
söz açdılar.
Sonra qonaqlara
M. Rostropoviç haqqında
sənədli film nümayiş
olundu. E.Uilsona Heydər Əliyev Fondu tərəfindən nəşr olunan “Dahi Bakılı” kitabı və L. və M.Rostropoviçlərin
ev-muzeyinin layihəsi əsasında Azərbaycan
və ingilis dilində çap olunan “Azərbaycan bəstəkarlarının violonçel
və fortepiano üçün
əsərləri” toplusu
hədiyyə edildi.
Görüşün sonunda qonaqlar təəssüratlarını rəy kitabçasında
xoş sözlərlə
ifadə etdilər. E.Uilson bu sözləri yazdı: “M.Rostropoviçin
tələbəsi olaraq
mənə muzey çox böyük təsir bağışladı.
İki dahi violonçelistin xatirəsini qoruyub saxlamağınıza, bu gözəl ekskursiyaya görə sizə çox minnətdaram”.
Gürcüstan Bəstəkarlar İttifaqını
təmsil edən
professor M. Boroda isə
təəssüratını belə ifadə etdi: “Muzeyin direktoruna bu ekskursiyaya görə dərin minnətdarlığımı
bildirirəm. Bu gözəl xalqın qonaqpərvərliyi, ənənələri
necə sevgi ilə qoruyub saxlaması mənim ən xoş təəssüratlarım sırasına
daxil oldu”.
Xədicə Sadıqova,
L. və M.Rostropoviçlərin ev-muzeyinin
elmi işçisi
Mədəniyyət.- 2014.- 21 noyabr.- S. 12.