Qubadlı MKS-də
Milli Dirçəliş Günü
münasibətilə tədbir
Qubadlı Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə Mərkəzləşdirilmiş Kitabxana Sistemində (Sumqayıt şəhəri) dəyirmi masa keçirilib.
Mərkəzi kitabxananın direktoru Müşkünaz Muradova tədbiri açaraq Milli Dirçəliş Gününün tarixindən geniş danışıb, müstəqilliyimizin əldə olunmasında 1988-ci ilin Meydan hərəkatının əhəmiyyətini vurğulayıb.
İcra Hakimiyyəti başçısının müavini Xoşqədəm Alıyeva dövlətimizin uğurlu daxili və xarici siyasətindən danışıb, yurd-yuvasından didərgin düşən soydaşlarımızın tezliklə doğma torpaqlarına qayıdacağına əminliyini ifadə edib.
Mədəniyyət və Turizm Şöbəsinin müdiri
İlham Əhmədov, Eldar
Hüseynov, Elşən Qəhrəmanov,
Fəxrəddin Təhməzov və digər çıxış
edənlər müstəqillik tariximizin əlamətdar
günlərinin qeyd olunmasının əhəmiyyətindən
söz açıblar.
Mədəniyyət.- 2014.- 21
noyabr.- S. 7.