Sənət və şöhrət bir arada

 

Noyabrın 20-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında bu tədris ocağının tanınmış məzunu, SSRİ Xalq artisti Murad Kajlayevdünya şöhrətli yaponiyalı pianoçu Çisato Kusunoki ilə yaradıcılıq görüşü keçirildi.

Əvvəlcə Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli çıxış edərək Murad Kajlayevin həyat və yaradıcılığı haqqında məlumat verdi. Bildirdi ki, musiqiçi Bakıda doğulub və 20 il burada yaşadıqdan sonra öz fəaliyyətini Moskvada davam etdirib. Bu illər ərzində o, Azərbaycanla əlaqələrini kəsməyib, əlamətdar musiqi hadisələrində iştirak edib.

2013-cü ilin sentyabrında Moskvada Murad Kajlayev ilə onun əsərlərinin ifaçısı Çisato Kusunokinin ilk görüşü olub. Bu tanışlıq nəticəsində Kajlayev əsərlərinin doğulub təhsil aldığı şəhərdə də səslənməsini arzulayıb və bu məqsədlə iki məşhur musiqiçi Bakıya silsilə konsert proqramı ilə səfər ediblər.

Görüşdə çıxış edən Murad Kajlayev Bakıda olmasından məmnunluğunu bildirdi, noyabrın 19-da Azərbaycan Dövlət Filarmoniyasında keçirilən konsertin təəssüratlarını tələbələrlə bölüşdü. O, yaradıcı gənc nəsillə belə bir görüşün təşkil edilməsinə görə tədris müəssisəsinə və Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürünü bildirdi. Musiqiçi hazırda doğma vətəni Dağıstanda fəaliyyətini davam etdirdiyini, orada gənc istedadlar üçün məktəb açdığını dedi.

Sonra söz Çisato Kusunokiyə verildi. O, Murad Kajlayev ilə birgə layihələrdən məmnunluğunu bildirdi, Azərbaycan Dağıstan xalqlarının mədəniyyəti ilə yaxından tanış olmaq imkanı qazandığını dedi.

Daha sonra yaponiyalı qonaq Frederik Şopen, Qara Qarayev, Fikrət Əmirov Fərhad Bədəlbəylinin əsərlərini ifa etdi. Qonaqların növbəti görüşü Bülbül adına orta ixtisas musiqi məktəbində keçiriləcək.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2014.- 21 noyabr.- S. 4.