Musiqi və mətbəximiz Osloda nümayiş etdirilib

 

Norveçin paytaxtı Osloda Beynəlxalq Tələbə Gününə həsr edilmiş mədəniyyət festivalı keçirilib. Tədbir “Osloda Azərbaycan evinin dəstəyi ilə Norveçin Milli Gənclər Təşkilatları Şurası, norveçli və əcnəbi tələbələr ittifaqları tərəfindən təşkil olunub. 14 ölkənin nümayəndələri öz vətənlərinin mədəniyyətini, mətbəxini, musiqisini və rəqslərini təqdim ediblər. Festivalda Norveç Azərbaycanlı Gənclər Təşkilatı (NAYO) tədbirin qonaqlarına və iştirakçılarına Azərbaycan mətbəxinin ləziz yeməklərini təqdim edib.  Tədbir “Osloda Azərbaycan evinin dəstəyi ilə Norveçin Milli Gənclər Təşkilatları Şurası, norveçli və əcnəbi tələbələr ittifaqları tərəfindən təşkil olunub. 14 ölkənin nümayəndələri öz vətənlərinin mədəniyyətini, mətbəxini, musiqisini və rəqslərini təqdim ediblər. Festivalda Norveç Azərbaycanlı Gənclər Təşkilatı (NAYO) tədbirin qonaqlarına və iştirakçılarına Azərbaycan mətbəxinin ləziz yeməklərini təqdim edib.

 

Mədəniyyət.- 2014.- 21 noyabr.- S. 4.