LondondaMuğam gecəsi”

 

Xəbər verdiyimiz kimi, “Buta” İncəsənət Mərkəzinin təşkilatçılığı ilə Böyük Britaniyanın paytaxtı Londonda II Beynəlxalq Azərbaycan İncəsənəti Festivalı keçirilir.

 

Festivalın noyabrın 4-də “Royal Albert Hallkonsert salonunda gerçəkləşən ilk konsertində Azərbaycan bəstəkarlarının klassikcaz musiqiləri səslənmişdi.

Noyabrın 18-də isə “South Cathedral”daMuğam gecəsikeçirilib. Katedralın dekanı Andru Nun dünyada məşhur olan məkanın tarixi haqqında məlumat verib, belə bir məkanda AzərbaycanMuğam gecəsi”nin keçirilməsindən şad olduğunu bildirib.

Butaİncəsənət Mərkəzinin baş direktoru Nəsib Piriyev Azərbaycan incəsənətinin bütün dövrlərdə daim inkişafda olduğunu bildirib. Dünyada ölkəmizin mədəniyyətinin, musiqisinin incəsənətinin özünəməxsus yeri olduğunu diqqətə çatdırıb. O, muğamın Azərbaycanın milli sərvəti olduğunu vurğulayaraq ölkəmizdə milli-mənəvi dəyərlərin, o cümlədən muğamlarımızın yaşadılması, inkişafı sahəsində görülən işlərdən bəhs edib.

Sonra konsert proqramı təqdim olunub. Nurlan Növrəsli, Munis Şərifov, Gülşən Ağayeva, Hüseyn Hüseynov, Vüqar Şərifzadə, Cəbi Mahmudzadə başqa musiqiçilərdən ibarət muğam ansamblının ifasındaBayatı-Şiraz”, “Dilkeş”, “Sarı gəlin”, “Çahargah”, “Qarabağ şikəstəsi digər təsnif muğamlarımız səsləndirilib. Konsert çərçivəsində azərbaycanlı sənətkar Teymur RüstəmovunQırmızı butaəsəri nümayiş olunub. Muğam gecəsi” iştirakçılarda böyük maraq doğurub.

 

Mədəniyyət.- 2014.- 21 noyabr.- S. 3.