İncəsənət
Kolleci müəllimlərinin
yaradıcılıq sərgisi
Azərbaycan Dövlət Rəssamlıq
Akademiyasının (ADRA) muzey-sərgi kompleksində bu təhsil ocağının nəzdində fəaliyyət
göstərən İncəsənət Kolleci
müəllimlərinin yaradıcılıq sərgisi
açılıb. Sərgidə təsviri, dekorativ-tətbiqi,
dizayn, heykəltəraşlıq,
xalçaçılıq, bədii keramika,
teatr-dekorasiya və s.
incəsənət sahələrində məşğul olan rəssam-müəllimlərin işləri
nümayiş olunub. Mənzərə,
portret, natürmort, bədii
keramika, xalçaçılıq və
digər növ və janrlarda
50-yə yaxın əsər maraqla
qarşılanıb. Sərginin məqsədi müəllimlərin
gələcək rəssamlarda sənət həvəsini
artırmaq, tələbələrlə yaradıcılıq körpüsü yaratmaqdır.
Mədəniyyət.- 2014.- 21
noyabr.- S. 2.