“Xalqların adət-ənənələri
və mətbəxi” festivalında Azərbaycan guşəsi
Daşkənddəki Britaniya məktəbində “Xalqların adət-ənənələri və mətbəxi” adlı festival keçirilib. Tədbirdə Daşkənddə fəaliyyət göstərən səfirlik, beynəlxalq təşkilat və mədəniyyət mərkəzlərinin nümayəndələri tərəfindən öz xalqlarına məxsus adət-ənənələr nümayiş olunub, milli yemək və şirniyyatlar təqdim edilib.
Festivalda Özbəkistandakı səfirliyimiz və səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi də təmsil olunub.
Azərbaycan guşəsində ölkəmizin
iqtisadi inkişafı, tarixi,
mədəniyyəti, turizm potensialı ilə
bağlı nəşrlər nümayiş
etdirilib. Qonaqlar milli məişət əşyalarına, qədim
musiqi alətlərinə, suvenirlərə
maraqla baxıblar.
İştirakçılar şəkərbura, paxlava, qoğal və digər
şirniyyatlarımıza qonaq edilib. AMM-in “Azərbaycan
qızları” uşaq rəqs
ansamblının ifasında təqdim edilən milli
rəqslərimiz böyük maraq doğurub.
Mədəniyyət.- 2014.- 26
noyabr.- S. 9.