Dünya savaşından dostluq
və əməkdaşlığa
Noyabrın 24-də “Kapellhaus” Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətində I Dünya müharibəsinin 100-cü ildönümü ilə əlaqədar sərgi keçirilib və silsilə tədbirlərin açılışı olub.
Almaniyanın Azərbaycandakı səfiri Haydrun Tempel qeyd edib ki, bu müharibə milyonlarla insanın həyatına son qoyub. XX əsrin bu faciəsinin qurbanlarının xatirəsinə həsr olunmuş tədbirlər tez-tez keçirilməlidir.
Fransanın Azərbaycandakı səfiri Paskal Monye də dünya tarixinin faciəli səhifələrinin daim xatırlanmasının vacibliyini vurğulayıb. Səfir qeyd edib ki, bir vaxtlar savaşda üz-üzə gələn Fransa ilə Almaniyanı bu gün möhkəm dostluq və əməkdaşlıq münasibətləri birləşdirir.
Sərgidə fransız rəssamı Fernan Zakonun işləri, habelə XX əsrin əvvəllərində və I Dünya müharibəsi dövründə Avropanın həyatını əks etdirən fotoşəkillər nümayiş etdirilir.
I Dünya müharibəsinin
100 illiyinə həsr olunmuş tədbirlər
çərçivəsində noyabrın 25-də Erix Maria Remarkın
eyniadlı romanı əsasında çəkilmiş “Qərb
cəbhəsində dəyişiklik yoxdur”
filmi göstərilib. Noyabrın 26-da AMEA-da alman tarixçisi
Folker Venorun təqdimatı
keçiriləcək, noyabrın 27-də “Kapellhaus”da konsert, noyabrın 28-də
isə Jan Klod Leskurun kitabının təqdimatı olacaq.
Mədəniyyət.- 2014.- 26
noyabr.- S. 8.