Şahdağ” kompleksində təlim-tədris kursları başa çatıb

 

Qusar rayonundakı “Şahdağ” qış-yay turizm kompleksində xidmət sahəsi üzrə təlim-tədris kursları başa çatıb. Noyabrın 17-dən 24-dək davam edən və 160 nəfərin cəlb olunduğu kurslarda beş sahə - mehmanxana idarəçiliyi, qeyd-qəbul, xadiməçilik, masa xidməti və yeməklərin hazırlanması - mətbəxdə qida gigiyenası ixtisasları üzrə dərsləri Türkiyədən dəvət olunmuş müəllimlər tədris ediblər. Noyabrın 24-də kursların dinləyicilərinə sertifikatlar verilib.

Qeyd edək ki, Azərbaycan və Türkiyə mədəniyyət və turizm nazirliklərinin əməkdaşlığı çərçivəsində respublikanın turizm potensiallı şəhər və rayonlarında fəaliyyət göstərən mehmanxanamehmanxana tipli obyektlərdə çalışanlar üçün mütəmadi olaraq belə kurslar təşkil edilir. “Şahdağ” kompleksindəki kurslar nazirlik tərəfindən bu il təşkil olunan sayca üçüncü belə treninqdir. İl ərzində İsmayıllı, XaçmazQusarda keçirilən kurslarda 400 dinləyici iştirak edib. 2015-ci ildə keçiriləcək Avropa Oyunları ilə bağlı Bakı və Mingəçevir şəhərlərində təlimlər nəzərdə tutulub.

 

Mədəniyyət.- 2014.- 26 noyabr.- S. 6.