“Səsimdən
yapış” tamaşaçılara təqdim olunub
Noyabrın 22-də “Yuğ” Dövlət Teatrının səhnəsində Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının “Səsimdən yapış” adlı yeni tamaşasının premyerası keçirilib.
Tanınmış yazıçı-dramaturq, akademik Kamal Abdullanın “Bir... iki... bizimki...” pyesi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Gümrah Ömər, səhnə tərtibatçısı Əməkdar rəssam Rəşid Şerif, geyim üzrə rəssamı Leyla Əliyeva, musiqi tərtibatçısı Ramiq Mehdidir.
Tamaşada “Yuğ” teatrının aktyorları - əməkdar artistlər Məmməd Səfa, Gülzar Qurbanova, İrəvan Azərbaycan Dram Teatrının aktyorları Ceyhun Əliyev, Solmaz Məmmədova və Şəbnəm Cəbrayılova çıxış ediblər.
Tamaşada ölməyə qərar verməyin, həyatdan əl çəkə bilməyin çətinliyindən, mürəkkəb psixoloji hal olmasından danışılır. İnsanın ruh dünyası və ətraf mühitlə qovğaları, özünü ifadə edə bilmədiyindəki çırpınışları ana xətt kimi keçən tamaşa maraqlı ifadə üsulu ilə seçilib.
Səhnə nümunəsi təxmini
bu ideyaya söykənir:
bu ağır və üzücü
bir yolu istəsən
də, istəməsən də sən də getmək zorundasan. Çünki həyat
davam edir, insan anbaan ölümə
yaxınlaşır. Ölüm
haqdır, ondan qaçmaq
mümkünsüz.
Tamaşaçını həyat həqiqətləri, özü və yaşadığı dünya haqqında düşünməyə
vadar edən bu səhnə
əsəri insanı həm də mənən kamilliyə səsləyir.
Mədəniyyət.- 2014.- 26
noyabr.- S. 7.