Pantomima aktyoru tələbələrə
ustad dərsi keçib
Dövlət Pantomima Teatrının gənc istedadlı aktyoru və rejissoru Ceyhun Dadaşov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyor sənəti fakültəsinin tələbələri üçün V.E.Meyerxoldun “Biomexanika” təlimi əsasında aktyor tərbiyəsi mövzusunda ustad dərsi keçib.
Maraqla keçən nəzəri məşğələdə Ceyhun Dadaşov biomexanika ilə ümumi tanışlıq, onun aktyor yaradıcılığının və ümumilikdə teatr sənətinin inkişafında rolundan söhbət açıb. Qeyd olunub ki, aktyorun obraza, onun hisslərinə yaxınlaşmasının yeganə yolu təcrübə ilə, yaxud obrazın psixoloji mahiyyətini dərk etmə cəhdi ilə deyil, hərəkətlə başlanır və hər şeydən öncə əsl ustalıq səhnədə aktyor oyununun tamaşaçı mənəviyyatına, hisslərinə toxuna bilməsidir.
Praktik məşğələdə
isə tələbələr aktyor və
məkan, aktyor və obraz
məsələlərini bilavasitə öz
oyunları ilə göstərməyə
çalışıblar.
Mədəniyyət.- 2014.- 26
noyabr.- S. 6.