Çölçünün yaradıcı heyəti ilə görüş

 

Mədəniyyət və İncəsənət Universitetində “Çölçü” bədii filminin yaradıcı heyəti ilə görüş keçirilib. Görüşdə filmin rejissoru Şamil Əliyev, ssenari müəllifi və baş rol ifaçısı Vidadi Həsənov, aktyor Bəhruz Vaqifoğlu iştirak edib.

Universitetin rejissor sənəti fakültəsinin tələbə və müəllimlərinin iştirak etdiyi görüş filmin nümayişi ilə başlayıb. Əsərin ssenari müəllifi, “Yuğ” teatrının aktyoru, Mədəniyyət və İncəsənət Universitetinin dosenti, Əməkdar artist Vidadi Həsənov film barədə danışıb. Müzakirə şəklində davam edən görüşdə rejissor Şamil Əliyev və Əməkdar incəsənət xadimi, filmin quruluşçu operatoru Rafiq Quliyev tələbələri maraqlandıran sualları cavablandırıblar.

 

Mədəniyyət.- 2014.- 26 noyabr.- S. 6.