“Mənim sənətim”

 

Noyabrın 26-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Mənim sənətim” adlı fotosərgi açılıb. Sərgidə universitetin kinoteleviziya sənəti kafedrasının operator ixtisası üzrə təhsil alan II kurs tələbələrinin müxtəlif mövzularda 41 işi nümayiş olunur. Kursun rəhbəri tanınmış kinooperator, Əməkdar incəsənət xadimi Amin Novruzovdur.

Açılışda universitetin prorektoru, professor Məryəm Əlizadə və digər çıxış edənlər operator ixtisası üzrə təhsil alan tələbələrinin yaradıcılıq potensialını nümayiş etdirmək və onların istedadlarını üzə çıxarmaq istiqamətində bu cür sərgilərin əhəmiyyətini vurğulayıblar. Bildirilib ki, operator sənətinə yiyələnmək və öz işinin peşəkarı olmaq üçün fotoqrafiya sənətinin incəliklərini, texnikasını, ekspozisiyanı daha mükəmməl şəkildə öyrənmək vacibdir.

Tələbələrin portret, natürmort, peyzaj və digər janrlarda işləri maraqla qarşılanıb.

 

Mədəniyyət.- 2014.- 28 noyabr.- S. 13.