Kitabxanada açıq dərs

 

Noyabrın 25-də Səbail rayon MKS-nin Mərkəzi kitabxanasında açıq dərs keçirildi. Dərs 189-190 ¹-li tam orta məktəblərin Azərbaycan dili və ədəbiyyat müəllimi Təranə Rzayeva tərəfindən məktəbin rus bölməsinin 7 “f” sinfilə birlikdə aparıldı. Azərbaycan dili fənni üzrə mövzu “Dədə Qorqud” dastanından “Qazılıq qoca oğlu Yeynək” boyuna həsr olunmuşdu. Əsas məqsəd qədim keçmişimiz, adət-ənənələrimiz haqqında məlumat vermək, böyüyə, ata-anaya hörmət hissi aşılayan dastandan bir parça ilə şagirdləri yaxından tanış etmək idi.

Dərs zamanı interaktiv fənn materiallarından, slaydlar və “Dədə Qorqud” filmindən kadrlar göstərildi. Kitabxananın sistem inzibatçısı Sevda Məmmədova kitabxana fondunda mövzu ilə bağlı ədəbiyyatın biblioqrafik icmalını keçirdi və “Qədim türk eposu “Dədə Qorqud” adlı kitab sərgisini nümayiş etdirdi.

 

Cəmilə Səmədova,

Səbail rayon MKS-nin kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsinin müdiri

 

Məədəniyyət.- 2014.- 28 noyabr.- S. 13.