Kinoklubda ilk görüş

 

Noyabrın 21-də Nizami Kino Mərkəzinin “Kinoklub” layihəsi çərçivəsində ilk film nümayişi olub. İştirakçılar rejissor Teymur Hacıyevin “Yarafilmini izlədikdən sonra maraqlı diskussiya keçirib, fikirlərini bölüşüblər. Diskussiyada aktrisa Aydan Axundzadə, gənc yazıçı Camal İsmayıllı, media nümayəndələri və layihənin ideya müəllifi Zəhra Bədəlbəyli iştirak edib.

Kinoklubda film həvəskarları ilə görüşlər həftədə müntəzəm olaraq davam edəcək. Layihənin məqsədi gənclərdə kinematoqrafa marağın artırılması, filmlərin müzakirəsi və tanınan rejissorlarla bərabər sənətə yeni addım atanlara dəstək olmaqdır.

 

Mədəniyyət.- 2014.- 28 noyabr.- S. 11.