Azərbaycanlı dirijorun Rusiyada daha bir uğuru

 

Vasili Safonov adına Rusiya Akademik Federal Filarmoniyasında görkəmli rus bəstəkarı pianoçusu Anton Rubinşteynin “Demon” operasının premyerası keçirilib.

Tamaşada orkestri Azərbaycan Dövlət Akademik Opera Balet Teatrının dirijoru, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev idarə edib.

Tamaşa böyük rus şairi yazıçısı Mixail Lermontovun 200 illiyinə həsr edilib. Layihənin təşkilatçıları Rusiyanın Mədəniyyət Nazirliyi V.Safonov adına Rusiya Dövlət Filarmoniyasıdır.

Operada əsas rolları beynəlxalq müsabiqələr laureatları Sergey Maydanov, Yelena Filimonova, Mixail Xojigirov başqaları oynayıblar. Tamaşada filarmoniyanın akademik simfonik orkestri xoru iştirak edib. Tamaşaçılar səhnə əsərini alqışlarla qarşılayıblar.

V.Safonov adına Rusiya Akademik Filarmoniyası bu ölkənin ən qədim musiqi ocaqlarından biridir gələn il 200 illik yubileyini qeyd edəcək. 2013-cü ildə Əyyub Quliyev filarmoniyanın orkestrinin baş dəvətli dirijoru təyin olunub.

 

Mədəniyyət.- 2014.- 28 noyabr.- S. 6.