Vyanada “Azərbaycandan yeddi
səda”
Avstriyanın paytaxtı Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və dəstəyi ilə şəhərin ən tanınmış caz məkanı sayılan “Porgy & Bess” klubunda məşhur caz sənətçisi, saksofon ifaçısı Rain Sultanovun “Azərbaycandan yeddi səda” adlı solo layihəsinin təqdimatı olub.
Layihə meneceri Naima Maziç qeyd edib ki, Vyananın ən tanınmış caz məkanı olan bu klub qeyri-adi ifaçılıq qabiliyyətinə malik musiqiçilərlə əməkdaşlıqda maraqlıdır və Azərbaycan caz sənətini təqdim etməkdən məmnundurlar. O, konsertin təşkilinə göstərdiyi dəstəyə görə Azərbaycan Mədəniyyət Mərkəzinə təşəkkür edib.
Rain Sultanov layihə barədə məlumat verib. Qeyd edib ki, daim əsrarəngiz təbiətə malik ölkəsinin gözəlliklərini
musiqinin dili ilə tərənnüm etmək arzusunda olub. Bu ideyanı
musiqiçi dostları
ilə bölüşüb
və onlar ölkəni bölgə-bölgə
gəzərək, Azərbaycan
təbiətindən ilham
aldıqdan sonra yeddi musiqi əsərini
ərsəyə gətiriblər.
Bu əsərlərin hər birinin öz tarixçəsi var və Azərbaycan
təbiətinin fərqli
bir mövzusuna həsr olunub.
Sonra konsert proqramı təqdim olunub. Konsertdə Rain Sultanovu Elçin
Şirinov (piano), Aleksey Miltix
(çello), Yasuhito
Mori (kontrabass), Peter Nilsson (zərb
alətləri) müşayiət
ediblər.
Qeyd edək
ki, “Azərbaycandan yeddi səda” layihəsi 2013-cü ilin noyabrında Norveçdə
“Rainbow” studiyasında diskə
yazılıb. Layihənin
tamaşaçılara ilk təqdimatı
Vyanada gerçəkləşib.
Mədəniyyət.- 2014.- 28
noyabr.- S. 5.