Fransalı ekspert ATİ-nin
qonağı olub
Heydər Əliyev Fondunun layihə rəhbəri Kərəm Qafarlı və fransalı şərabçılıq üzrə
ekspert-texnoloq Jeannot Montaneti Azərbaycan Turizm İnstitutunun qonağı olub. Rektor Cəfər
Cəfərovla görüşən
qonaq söhbət əsnasında Şamaxı
rayonunda yaradılacaq yeni şərabçılıq
kompleksi barədə məlumat verərək bu layihənin turizmlə əlaqələndirilməsinin
həm elmi, həm də təsərrüfat baxımından
əhəmiyyətini diqqətə
çatdırıblar. Kompleksin hazırlanmasında Fransa və İtaliya təcrübəsindən istifadə
edildiyi vurğulanıb.
2017-ci ildə istifadəyə
verilməsi nəzərdə
tutulan kompleksdə çalışacaq kadrların
hazırlığı, turizm
xidmətləri üzrə
tədqiqatların aparılması
və s. məsələlərə
dair fikir mübadiləsi aparılıb.
Cəfər Cəfərov qonaqların
nəzərinə çatdırıb
ki, təklif edilən layihə turizm sahəsinin çeşidləndirilməsi baxımından
uğurludur. Azərbaycandan «Şərab yolları»
və «Aleksandr Düma» beynəlxalq mədəni turizm marşrutlarının keçdiyini
deyən rektor əlavə edib ki, yeni layihə
bu marşrutlarla əlaqələndirilərsə, daha da təkmilləşər.
Görüşün sonunda Azərbaycan
Turizm İnstitutu tərəfindən irəli
sürülən təkliflərin
diqqətə alınacağı
bildirilib.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.- 2014.- 28
noyabr.- S. 9.