Qocaman yazıçı-jurnalistin yubileyi qeyd olunub

 

Sentyabrın 26-da Azərbaycan Mətbuat Şurasında tanınmış yazıçı-jurnalist Əfqan Əsgərovun 85 illik yubileyi ilə bağlı mərasim keçirilib.

 

Şuranın Ahıl Jurnalistlər Məclisinin təşəbbüsü ilə gerçəkləşən toplantıda veteran jurnalistin həyat fəaliyyətinin müxtəlif məqamlarından, yaradıcılığından söz açılıb.

Mərasimdə çıxış edən MŞ-nin sədri Əflatun Amaşov bildirib ki, uzun illərAzərbaycan gəncləri”, daha sonraKommunistqəzetində çalışan Əfqan Əsgərov jurnalistlik fəaliyyəti ilə yanaşı, Azərbaycan ədəbiyyatının inkişafına da töhfələr verib, nəsr dramaturgiya sahəsində əsərlər yazıb. O, Moskvada ali ssenarist kursunu bitirdikdən sonraAzərbaycanfilmkinostudiyasında redaktor işləyib. Daha sonra Ə.Amaşov yubilyara MŞ-nin təbrik plaketini hədiyyəsini təqdim edib. Yubilyara vaxtilə çalışdığıXalq qəzeti”nin (o zamankıKommunist”) hədiyyəsi təqdim olunub.

MŞ-nin Ahıl Jurnalistlər Məclisinin rəhbəri Yusif Kərimov ömrünü-gününü jurnalistika peşəsinə həsr etmiş qələm sahiblərinin yada salınmasının mühüm əhəmiyyət daşıdığını bildirib.

Mərasimdə çıxış edən veteran jurnalistlərdən Əli İldırımoğlu, Şakir Yaqubov, Müştəba Əliyev, Rafiq Həsənov, Rafiq Hacıyev, həmçininXalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu başqaları Ə.Əsgərovu ustad jurnalist, gözəl nəsr əsərlərinin yaradıcısı, səmimi dost kimi xarakterizə ediblər.

Sonda çıxış edən yubilyar toplantı iştirakçılarına təşəkkürünü bildirib.

Qeyd edək ki, Əfqan Hacıağa oğlu Əsgərov 1929-cu il sentyabrın 23-də anadan olub. “Gecikmisən”, “Gözəllik sorağında”, “Sən belə deyilsən”, “Sarı əlcək başqa hekayə topluları nəşr edilib. “Gülyanaq”, “Katib”, “Həsrət bir vüsaldır”, “Qartal əfsanəsiromanları, “Dədə Bəhməntrilogiyası, “Qozbel”, “Məhəbbət ətirli qərənfilim”, “Dünya gözəlliyindir”, “O, daş deyildir başqa povestləri ədəbi nəsrimizin inkişafında mühüm yer tutan əsərlərdəndir.

 

Mədəniyyət.- 2014.- 1 oktyabr.- S. 15.