Bölgələrdə
Dünya Turizm Günü qeyd edilib
İsmayıllı Rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə 27 sentyabr - Dünya Turizm Günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə çıxış edən İsmayıllı Turizm İnformasiya Mərkəzinin icraçı direktoru Tərlan Mursalov əlamətdar gün münasibətilə iştirakçıları təbrik edib, son dövrlər rayonda turizm sahəsində görülən işlərdən, bu sahəyə göstərilən diqqət və qayğıdan danışıb. Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev rayonda həyata keçirilən quruculuq-abadlıq işlərinin nəticəsi olaraq İsmayıllıya turist axının artdığını deyib.
Tədbirdə Azərbaycanın və dünyanın gəzməli-görməli yerlərindən bəhs edən nəşrlərdən ibarət sərgi təşkil edilib.
Sonra konsert proqramı təqdim olunub. Heydər Əliyev
adına rayon Mədəniyyət Mərkəzinin
“Niyal” ansamblının
üzləri - Bəhruz
Həşimov, İntiqam
İbrahimov, Rövşən
Teyyubov rəngarəng
musiqilər səsləndiriblər.
Fazil Əzimov adına uşaq
incəsənət məktəbinin
“İvanovka” rəqs qrupunun çıxışı,
Aşıqbayramlı kənd
yaradıcılıq qrupunun
üzvü Aytac Ağayevanın ifasında
hind rəqsi də alqışlarla qarşılanıb.
* * *
Sentyabrın 26-da Dünya Turizm Günü ilə bağlı Lənkəran
Şəhər Mədəniyyət
və Turizm Şöbəsinin təşkilatçılığı
ilə Dövlət Rəsm Qalereyasında sərgi keçirilib. Tədbirdə şöbənin məsləhətçisi
İlqar Əzimov çıxış edərək
əlamətdar günün
tarixi və mahiyyəti barədə söz açıb, ölkəmizdə turizm sahəsinin sürətlə
inkişaf etdiyini diqqətə çatdırıb.
Sonra iştirakçılar rəsm
əsərləri və
Lənkəranın turizm
potensialını və
zəngin folklorunu əks etdirən fotolardan ibarət sərgi ilə tanış olublar.
Dünya
Turizm Günü ilə bağlı Mədəniyyət və
Turizm Şöbəsi,
Gənclər və İdman İdarəsi və “Magiya” ictimai birliyi tərəfindən Ə.Əliyev
adına istirahət parkında maraqlı konsert proqramı təşkil olunub.
Mədəniyyət.- 2014.- 1 oktyabr.- S. 11.