“Azərbaycan sülh və əmin-amanlıq tərəfdarıdır”
21 sentyabr - Beynəlxalq Sülh
Günü ilə əlaqədar Zərdab
Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin tədbirlər
planına uyğun olaraq
13 saylı Gəlmə kənd kitabxana
filialında kənd icra nümayəndəliyi
ilə birgə “Azərbaycan sülh və
əmin-amanlıq tərəfdarıdır” adlı ədəbi-bədii kompozisiya
təşkil edilib.
Tədbirdə
Gəlmə kənd icra nümayəndəsi Qalib Abbasov Azərbaycan
Respublikasının insan hüquqları üzrə müvəkkili
tərəfindən elan olunan “Sülh aylığı”
haqqında məlumat verib.
Kitabxananın müdiri İlahə Hüseynova, kitabxanaçı Gülay Şiralıyeva, Salahlı kənd kitabxanasının müdiri Lamiyə Bədəlzadə, Gəlmə kənd kitabxanasının işçisi Laçın Səfərəliyeva mövzu ilə bağlı çıxış ediblər. Gəlmə kənd mədəniyyət evinin müdiri Gülzadə Qasımova, kənd orta məktəbin müəlliməsi Vəfa Orucova, şəhid anası Gülayət Hüseynova çıxış edərək xalqımıza sülh, əmin-amanlıq arzulayıblar.
Gəlmə kənd orta məktəbinin
şagirdləri və körpələr evinin
uşaqları sülh haqqında şeirlər,
nəğmələr səsləndiriblər.
Mədəniyyət.- 2014.- 1
oktyabr.- S. 11.