“Məndə
sığar iki cahan...”
Sentyabrın 26-da
Şirvan Şəhər Mərkəzi
Kitabxanasında böyük Azərbaycan şairi İmadəddin Nəsiminin (1369-1417) anadan olmasının 645 illiyi
ilə əlaqədar “Mən də sığar iki cahan...” adlı ədəbi-bədii
gecə keçirilib. Tədbirdə şəhər
16 saylı məktəbin şagirdləri, müəllimlər
və mədəniyyət işçiləri iştirak
ediblər.
Tədbirdə jurnalist Yaqut Hüseynova, kitabxananın direktor müavini Sədaqət Qarayev, baş biblioqraf Kəmalə İsayeva, Heydər Əliyev Mərkəzinin əməkdaşı Aynur Fərzəliyeva, şəhər Mədəniyyət evinin əməkdaşı, publisist-şair Nurlan Qədimov və digər çıxış edənlər şairin yaradıcılığından, keçdiyi keşməkeşli ömür yolundan, ədəbiyyatımıza gətirdiyi yeni bəşəri ideyalardan söz açıblar. Qeyd olunub ki, altı əsrdir böyük Azərbaycan şairi Nəsiminin adı Yaxın Şərqdə mərdlik, fədakarlıq və iradə rəmzi kimi hörmətlə çəkilir, məsləyi uğrunda dara çəkilib dərisi soyulan, lakin sözündən dönməyən şairin əsərləri bu gün də dillər əzbəridir. Onun azadfikirli etik-əxlaqi görüşləri Azərbaycan ədəbi-fəlsəfi fikir tarixində dərin iz buraxıb, sonrakı mütəfəkkir şairlər üçün örnək olub.
Tədbirdə şəhər 16 saylı məktəbin
şagirdlərinin hazırladıqları ədəbi-bədii
kompozisiya maraqla
qarşılanıb. Sonda 1973-cü ildə
çəkilmiş “Nəsimi” (ssenari
müəllifi İsa Hüseynov,
quruluşçu rejissor
Həsən Seyidbəyli) filmi nümayiş olunub.
Mədəniyyət.- 2014.- 1
oktyabr.- S. 11.