Afinada Azərbaycan musiqisi “Bakı-2015”in təqdimatı

 

Sentyabrın 27-28-də Heydər Əliyev Fondunun dəstəyi ilə Yunanıstanın paytaxtı Afinada Azərbaycan mədəniyyəti günləri keçirilib. Tədbirin açılışında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iştirak edib.

 

Afinanın qədim məkanlarından biri - “İrodioteatrında Heydər Əliyev Fondunun, Azərbaycanın Yunanıstandakı səfirliyinin Yunanıstanın Marianna Vardinoyannis Fondunun birgə təşkilatçılığı ilə xeyriyyə konserti keçirilib.

Tədbirin aparıcısı Heydər Əliyev Fondunun fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, beynəlxalq aləmdə böyük nüfuza malik olan Fond bir çox ölkələrdə müxtəlif sahələrlə bağlı layihələr həyata keçirir. Mədəniyyət bu layihələr arasında xüsusi yer tutur. Qeyd olunub ki, tədbirin məqsədi Yunanıstanda təhsilə dəstək layihəsinə yardım xarakteri daşıyır.

Azərbaycanın Yunanıstandakı səfiri Rəhman Mustafayev ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin inkişaf etdiyini qeyd edib. Səfir Yunanıstanda ölkəmizlə bağlı dolğun məlumatın olduğunu vurğulayaraq bu tədbirin Azərbaycanı daha yaxşı tanıtmaqda mühüm rol oynayacağını vurğulayıb, bu layihəyə verdiyi dəstəyə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirib.

Çıxışlardan sonra konsert olub. Afina tamaşaçılarının qarşısına Əməkdar incəsənət xadimi Fəxrəddin Kərimovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestri Dövlət Rəqs Ansamblı çıxıb.

Konsertdə Azərbaycanın professional musiqi mədəniyyətinin şifahi irsinin mühüm hissəsini təşkil edən, xalqımızın mədəni ənənələrində tarixində dərin köklərə malik olan muğam da səslənib. Konsert ölkəmizin həm milli dəyərlərə, həm müasir meyllərə eyni dərəcədə hörmətlə yanaşdığını nümayiş etdirib. Tamaşaçılar isə bu vəhdəti milli musiqimizin maraqlı interpretasiyalarında hiss ediblər.

Sentyabrın 28-də Heydər Əliyev Fondu tərəfindən AfinadakıAkropolmuzeyində 2015-ci ildə Bakıda təşkil olunacaq ilk Avropa Oyunlarının təqdimatı keçirilib. Mərasimdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Yunanıstan parlamentinin sədri, Baş nazirin müavini, inzibati islahatlar naziri, turizm naziri, deputatlar, idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə ilk Avropa Oyunlarına hazırlıqla bağlı film nümayiş etdirilib. Azərbaycanın birinci xanımı çıxış edərək hazırlıq prosesi, görülən işlər barədə danışıb. Yunanıstanın inzibati islahatlar naziri Kiriakos Mitsotakis, mədəniyyət nazirinin müavini Angela Gerekoi Bakıda ilk Avropa Oyunlarının uğurla baş tutacağına əminliklərini vurğulayıblar.

Çıxışlardan sonra cazmen Elçin Şirinovun başçılıq etdiyi trio balaban ustası Şirzad Fətəliyev milli musiqilərimizdən ibarət maraqlı konsert proqramı təqdim ediblər.

 

Mədəniyyət.- 2014.- 1 oktyabr.- S. 3.