ölüm” əsrin bəlasıdır

 

Sentyabrın 24-də Məmməd Səid Ordubadinin xatirə muzeyində Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi ilə birgə “ ölüm” - narkomaniya ilə mübarizə” mövzusunda tədbir keçirilib. Tədbiri muzeyin direktoru Lalə Abaszadə açaraq ölkəmizdə narkomaniyaya qarşı aparılan mübarizədən danışıb. Muzeyin bələdçisi Nərmin Baxşıyevanın “Narkomaniya - bəşəriyyətin ən qorxulu bəlası” adlı məruzəsi dinlənilib. Səbail Rayon İcra Hakimiyyəti, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi, Bülbülün xatirə muzeyi və “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin nümayəndələri narkomaniyaya qarşı mübarizədə təbliğat işinin əhəmiyyətindən söz açıblar.

Tədbirdə Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri, 160 saylı Klassik Gimnaziyanın, 8 saylı orta məktəbin şagirdləri və müəllim kollektivi iştirak ediblər.

 

Fariz

 

Mədəniyyət.- 2014.- 3 oktyabr.- S. 12.