Azərbaycan filmi ilk dəfə Tokio festivalında

 

Mədəniyyət Turizm Nazirliyinin sifarişi iləAzərbaycanfilmkinostudiyasında istehsal olunmuşNabattammetrajlı bədii filmi oktyabrın 23-dən 31-dək keçiriləcək 27-ci Tokio Beynəlxalq Film Festivalında (TİFF 2014) nümayiş olunacaq.

Bu barədə festivalın təşkilatçıları keçirdikləri mətbuat konfransında məlumat veriblər. Qeyd olunub ki, festivalın müsabiqə proqramına Azərbaycan filmi ilə yanaşı, dünyanın müxtəlif ölkələrinin kinostudiyalarında istehsal olunmuş 14 film buraxılıb. Həmin filmlər 92 ölkədə istehsal edilmiş 1373 ekran əsəri arasından seçilib. Festivalın münsiflər heyətinə Ceyms Qann (sədr), Con H.Lii, Robert Luketiç, Erik Hu, Debbi Mak-Vilyams Hiroşi Şinaqava kimi tanınmış kino xadimləri daxildirlər.

Müsabiqəyə buraxılanNabatfilmi doqquz gün ərzində Tokionun məşhurRopponqi Hills”, “TOHO Cinemas Nihonbashi digər kino salonlarında nümayiş olunacaq. Filmin ssenari müəllifləri Elçin Musaoğlu, Elxan Nəbiyev, operatoru Abdulrəhim Beşarat (İran), prodüseri Müşfiq Hətəmovdur. Rolları Fatimə Motamed Arya (İran), Vidadi Əliyev, Ramin Zeynalov, Sabir Məmmədov başqaları ifa edirlər.

 

Mədəniyyət.- 2014.- 3 oktyabr.- S. 4.