Yerli mədəniyyət mərkəzləri
və şəbəkələrinin dünya
sammiti
24-28 sentyabr tarixlərində “Avropa mədəniyyət paytaxtı” adına namizəd şəhər olan Bolqarıstanın tarixi paytaxtı Veliko Tırnovoda "Yerli mədəniyyət mərkəzləri və şəbəkələrinin birinci dünya sammiti” keçirilib. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Yaşar Hüseynli iştirak edib.
Mədəniyyət Mərkəzlərinin Beynəlxalq Şurası tərəfindən Avropa Mədəniyyət Mərkəzləri Şəbəkəsinin iştirakı ilə təşkil olunan sammitə 50-dək ölkənin nümayəndələri qatılıb. Tədbirdə "Beynəlxalq layihələr: qeyri-maddi mədəni irs və müasir incəsənətdə mədəni çeşidlilik", "Mütəhərriklik və mübadilə imkanları", "Mədəniyyət mərkəzlərində icma sənəti üzrə tədqiqatlar" və s. mövzularda müzakirələr aparılıb.
"Azərbaycanda mədəniyyət
mərkəzlərinin yaradılması: təcrübə və
innovasiyalar" mövzusunda
təqdimat-mühazirə ilə çıxış edən
Yaşar Hüseynli Mədəniyyət
və Turizm Nazirliyinin
strukturunda fəaliyyət göstərən
mədəniyyət evlərinin və klubların bazasında
şəhər (rayon) mədəniyyət
mərkəzlərinin və mərkəzlərin filialları
qismində şəhər (qəsəbə, kənd)
yaradıcılıq (diyarşünaslıq), folklor
və sənətkarlıq evlərinin, klubların
yaradılmasını nəzərdə tutan
islahatlardan danışıb. "Azərbaycan qeyri-maddi mədəni
irs nümunələrinin Dövlət Reyestri", "Azərbaycan qeyri-maddi
mədəni irs subyektlərinin Məlumat
Bazası", "2010-2014-cü illər üçün
Azərbaycanın Xalq
Yaradıcılığı Paytaxtları" və digər
proqram və layihələr barədə
iştirakçılara məlumat verilib,
Azərbaycanın mədəniyyəti, qeyri-maddi
mədəni irsinə dair suallar
cavablandırılıb.
Mədəniyyət.- 2014.- 3
oktyabr.- S. 3.