Mədəniyyət
və Turizm Nazirliyində Çexiya
səfiri ilə görüş
Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Çexiyanın ölkəmizdəki səfiri Vitezlav Pivonka ilə görüşüb. Söhbət zamanı iki ölkə arasında mədəniyyət və turizm sahəsində əlaqələrin hazırkı vəziyyəti və gələcək perspektivləri müzakirə edilib. Nazir müavini Azərbaycan və Çexiyanın beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin mövqeyini dəstəkləməsi və ikitərəfli əlaqələrin sürətlə inkişaf etməsindən məmnunluğunu ifadə edib.
Qəbula görə minnətdarlığını
bildirən səfir Bakıda "Hot&Cold.
Drinking glasses
and porcelain from Central Europe" (İsti və soyuq. Mərkəzi Avropadan işçi şüşələri və
farfor”) adlı sərginin təşkilinə
nazirlik tərəfindən
köməklik göstərilməsini
xahiş edib. Nazir müavini sərginin
təşkilinə köməklik göstəriləcəyini
bildirib.
Mədəniyyət.- 2014.- 3
oktyabr.- S. 3.