Səmərqənddə
Dünya Turizm Təşkilatı
İcraiyyə Şurasının iclası keçirilir
Oktyabrın 1-də Özbəkistanın Səmərqənd şəhərində BMT-nin Dünya Turizm Təşkilatının İcraiyyə Şurasının 99-cu iclası işə başlayıb. İclasda Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edir.
Xatırladaq ki, 2013-cü ilin avqust ayında Dünya Turizm Təşkilatının Baş Assambleyasının Zambiya və Zimbabvedə keçirilmiş 20-ci sessiyasında Azərbaycan qurumun İcraiyyə Şurasının üzvlüyünə qəbul olunub.
İcraiyyə Şurasının 99-cu iclası zamanı 2014-cü ildə beynəlxalq turizmin inkişafı və onun 2015-ci ildə inkişaf perspektivləri, turizmin əsas istiqamətləri, 2014-2015-ci illər üzrə ümumi iş proqramının həyata keçirilməsi və 2016-2017-ci illər üzrə ümumi iş proqramının hazırlanması, BMT sistemində DTT-nin rolu, 2014-cü ildə Dünya Turizm Günü, işçi qruplarının hesabatları, təşkilatın maliyyə vəziyyəti və s. məsələlər müzakirə mövzusudur. İclasda Dünya Turizm Təşkilatı İcraiyyə Şurasının 2015-ci il üçün sədr və sədr müavinləri də seçiləcək.
Tədbirdə nazir
Əbülfəs Qarayevin Azərbaycanda turizm sahəsində həyata keçirilən
tədbirlər və layihələr barədə
çıxışı nəzərdə tutulur.
Mədəniyyət.- 2014.- 3
oktyabr.- S. 2.